"HERMES ENERGY"

SATINALMA VƏ TƏCHİZAT

"HERMES ENERGY" fəaliyyət göstərən yerli və xarici şirkətlərin neft-qaz sektorunda avadanlıqlarla təchizatçısıdır. "HERMES ENERGY" Azərbaycanın enerji sənayesində çalışan bir çox şirkətlərə neft-mədən avadanlıqları ilə təchiz edərək qısa zaman ərzində geniş təcrübə qazanmışdır. "HERMES ENERGY" neft-qaz yataqlarının və terminalların istismarı sahəsində, istifadə olunan və beynəlxalq standartlara cavab verən avadanlıqların etibarlı təchizatçısıdır. Texniki və iqtisadi tələblərə cavab verən təchizatçıların seçilməsi yolu ilə lazımi mal və xidmətlərin mövcudluğuna zəmanət verməklə Azərbaycanda satınalma xidmətləri göstəririk."HERMES ENERGY" sifariş edilən avadanlıqları tanınmış şirkətlərdən müvafiq zəmanətlə əldə edir, ölkəyə idxal edir və sifarişçi şirkətə çatdırır

Şirkətin missiyası – sürətlə inkişaf edən və beynəlxalq aləmdə aparıcı enerji ölkəsi kimi tanınan Azərbaycanda neft-qaz sahəsində çalışan şirkətləri təhlükəsiz, etibarlı və sərfəli avadanlıqlarla təchiz etməkdir.

 

Prioritetlərimiz

  • Təcrübəli heyətin seçilməsi
  • Yüksək texnologiya səviyyəsi
  • Ən qısa təcizat müddəti
  • ISO standartlarına uyğunluq
  • Rəqabətli qiymətlər
  • Tanılmış şirkətləri ilə əməkdaşlıq
  • Xidmət səviyyəsinin genişləndirilməsi
  • Sadəlik və səmərəlilik
  • Daha mükəmməl xidmət