Xidmətlər

  • Satınalma və təcizat
  • Vahidin seçilməsi və çatdırılması
  • Modifikasiya və təkmilləşdirmə
  • Neft və qaz sistemləri
  • Sənaye Boru Sistemləri
  • Kiçik buruq/böyük buruq
  • Yüksək təzyiqli boru kəmərləri
  • Platforma üçün avadanlıq
  • Sənaye nasosları və aqreqatları
  • Proses boru kəmərləri
  • Soyuducu boru kəmərləri
  • Sürtkü yağları
  • Elektrik avadanlığı
  • Borular və hermetiklər
  • Klapanlar
  • Pnevmatik vakuum avadanlığı
  • Üzlüklər və boyalar

HERMES ENERGY

Neft-qaz avadanlıqlarının etibarlı təchizatçısı

ŞİRKƏT HAQQINDA:

Şirkətimiz ən lazımi anda işə qoşularaq layihənin uğurla həyata keçirilməsi üçün zəruri olan bütün fəaliyyəti həyata keçirir. Biz gücümüzü sizin üçün əhəmiyyətli işlərə sərf edirik və bütün satınalma prosesini öz üzərimizə götürürük. Sektordakı ən əhatəli satınalma xidmətləri portfelini bir araya gətirərək müştərilərimizə müstəsna xidmətlər göstəririk. "Hermes Energy" ilə peşəkar komandanın dəstəyi və təcrübəsindən faydalanacaqsınız. Satınalmalar prosesini iki hissəyə bölmək olar: təchizatçıların axtarışını əhatə edən ilkin process və alqı-satqı əməliyyatlarını əhatə edən sonrakı proses.
Mövcud bazar tendensiyaları və neft qiymətlərindəki davamlı dalğalanma ehtimalı bu sektordakı şirkətləri tədarük zəncirini və satınalma prosedurlarını qiymətləndirməyə və qısa müddətli strategiyalardan kənara çıxmağa məcbur edir. Biz də öz strategiyamızı yerli şəraitə uyğunlaşdırırıq və hər bir müştərinin ehtiyaclarına uyğun olaraq, mümkün olan ən yaxşı xidmətləri qısa müddətdə həyata keçiririk.

Şirkətimiz sənaye məhsullarının və ehtiyat hissələrinin aparıcı tədarükçüsüdür və əhatə dairəmiz getdikcə genişlənir. Daha çox işlərin görülməsinə ehtiyac duyulduğuna baxmayaraq, tərəfadaşlarımıza və ümumilikdə sənayemizə dəyər qazandırmaq üçün işə münasibətimiz və təcrübəmizin bizi uğura aparacağına inanırıq.